Əvvəlcədən quraşdırılmış tətbiqetmələri telefonunuzdan silə bilərsiniz. Bu tətbiqlərə xəritə proqramını da nümünə göstərmək olar.
Bizim.Media xəbər verir ki, texno-blogerlərin fikirlərinə görə, bu tətbiq telefonda kifayət qədər yer tutur. Nəticədə telefonun enerjisi çox istifadə olunur. Həm də belə tətbiqlə şəxs daimi olaraq izlənilir.
MÖVZU İLƏ BAĞLI:
Hər il 62 milyard dollarlıq telefon zibilliyə atılır
Növbəti silinəcək mobil tətbiq isə antivirusdur. Belə proqramlarda telefonun yaddaşında çox yer tutur. Və smartfonun işləmə sürətini ləngidir.
Daha sonra nadir hallarda istifadə etdiyiniz sosial şəbəkələrin mobil tətbiqləri də silməyiniz məsləhətdir.
RAM artırmaq üçün telefonlarınıza yüklədiyiniz tətbiqetmələri də silmək lazımdır. Çünki belə tətbiqlər telefonun RAM yaddaşını artırmır. Bu kimi tətbiqlər mobil cihazda yalnız istifadə olunmayan lazımsız faylları təmizləyə bilir.
Və ən sonda oyun proqramlarını da telefonunuzdan silməyi unutmayın.
Gülşanə Mustafayeva, Bizim.Media