Rusiyalı geoloqlar Cənubi Sudanın təbii yataqlarının xəritəsini çəkəcək

Rusiyalı geoloqlar Cənubi Sudanın təbii yataqlarının xəritəsini çəkəcək

Hazırda oxunan: Rusiyalı geoloqlar Cənubi Sudanın təbii yataqlarının xəritəsini çəkəcək

163946

Rusiya Federasiyası və Cənubi Sudan bu Afrika respublikasındakı təbii yataqların geoloji kəşfiyyatı və xəritələşdirilməsi haqqında razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə TASS -a müsahibəsində Cənubi Sudanın Moskvadakı səfiri Çol Tonq Mayai Canq bildirib.

Onun sözlərinə görə, Rosgeologiya ilə Cənubi Sudanın Mədən Nazirliyi arasında respublikanın təbii sərvətlərinin xəritələşdirilməsinə dair bir əməkdaşlıq sazişi imzalanıb.

“Ölkəmizdə indiyədək heç vaxt geoloji kəşfiyyat işləri aparılmayıb”, - deyə səfir davam edib.

Diplomat qeyd edib ki, işlər müqaviləyə əsasən iki il ərzində tamamlanmalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO