Gürcüstan Azərbaycandan 23 tondan çox aviasiya yanacağı İDXAL edib

Gürcüstan Azərbaycandan 23 tondan çox aviasiya yanacağı İDXAL edib

Hazırda oxunan: Gürcüstan Azərbaycandan 23 tondan çox aviasiya yanacağı İDXAL edib

163826

Gürcüstan cari ilin yanvar-oktyabr aylarında 106,8 min ton aviasiya yanacağı idxal edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının saytında məlumat verilib.

Bildirilir ki, Gürcüstan hesabat dövründə ən çox Türkmənistandan aviasiya yanacağı idxal edib – 49,9 min ton (ümumi idxalın 46,7 faizi). Gürcüstanın aviasiya yanacağı idxal etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Hesabat dövründə Gürcüstan ölkəmizdən 23,1 min ton aviasiya yanacağı idxal edib. Bu da ümumi idxalın 21,6 faizini təşkil edir.

Siyahıda ilk beşlikdə sonrakı yerləri Yunanıstan, Türkiyə və Malta tutur.

Qurumun məlumatına görə, yanvar-oktyabr aylarında Gürcüstana sürtkü yağlarının idxalı da 8,2 faiz artaraq 19,5 min ton olub. Sürtkü yağları ən çox Türkiyədən idxal olunub (4,18 min ton). Bu da ümumi idxalın 21,4 faizinə bərabərdir. Bu siyahıda ilk beşlikdə İran (3,49 min ton), Almaniya (2,41 min ton), Azərbaycan (1,39 min ton) və digər ölkələr qərarlaşıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO