ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb - FOTO

ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb - FOTO

Hazırda oxunan: ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb - FOTO

163815

ABŞ-da azərbaycanlı tələbələrin təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Assosiasiyası”nın təşkilatçılığı ilə Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib.

Bizim.Media xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.

Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.(report)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO