“Heç bir güc Türk əsrinin qurulmasına mane ola bilməyəcək

“Heç bir güc Türk əsrinin qurulmasına mane ola bilməyəcək" - Ərdoğan

Hazırda oxunan: “Heç bir güc Türk əsrinin qurulmasına mane ola bilməyəcək" - Ərdoğan

163813

“Heç bir güc Türkiyənin yüksəlişinə, Türk əsrinin qurulmasına və millətimizin əsrlik hədəflərinə çatmasına mane ola bilməyəcək”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümünə həsr olunmuş keçirilən dövlət mərasimində çıxış edərkən deyib.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Anıtqəbirdə dövlət mərasimi ilə anılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi kortejdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Prezident kabinetinin üzvləri, CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Baxçalı, İYİ Partiyasının sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri olublar. Silahlı Qüvvələrin komandanlığı, siyasi partiyaların nümayəndələri, bürokratlar və digər dövlət rəsmiləri də tədbirdə iştirak ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO