Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 

Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 

Hazırda oxunan: Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 

163407

Dünyanın ən böyük liman operatorlarından biri, Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-məlumat yayıb.

Məlumata görə, “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbərləri Bakı Limanına səfər edib.

“Shandong Port Group”un Baş direktorunun müavini Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Qonaqlar Bakı Limanının infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 
Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisya imkanları barədə məlumat əldə ediblər. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO