Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur.
Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.
Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.
Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.
Bizim.Media
![Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO](https://bizim.media/file/articles/2023/11/07/1699385333_4.jpg)
- A-
- A
- A+
Cəmiyyət
23:23 / 07.11.2023
Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO
Hazırda oxunan: Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO
Hazırda oxunan: Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO
163401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.