Güləşçilərimiz Universiadada 2 qızıl medal qazandılar

Güləşçilərimiz Universiadada 2 qızıl medal qazandılar

Hazırda oxunan: Güləşçilərimiz Universiadada 2 qızıl medal qazandılar

163390

Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadasına start verilib.

Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarış keçirilib.  

Gənclərdən ibarət millinin böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Universiadaya qatılan komandanın 8 üzvü fəxri kürsüyə qalxıb.  

Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olub. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş, Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medal əldə edib.  
Beləliklə, yığmamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.  Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO