Şəxsi təsərrüfatında iş görən zaman Oğuz sakinini ilan sancıb. Vəziyyətini nəzərə alıb xəstəni Bakıya göndəriblər.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayonun Bucaq kənd sakinləri məlumat verib.
Qeyd olunur ki, ötən gün axşam saatlarında rayonun Bucaq kənd sakini, 59 yaşlı Rəfail Rəşidovu həyətyanı sahədə işləyən zaman ilan sancıb.
Onu əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanada ilkin tibbi yardım göstərəndən sonra Rəfail Rəşidov Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Bu gün xəstənin vəziyyəti nəzərə alınaraq onun müalicəsinin Bakı şəhərindəki xəstəxanalardan birində davam etdirməsinə qərar verilib.
Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:06 / 07.11.2023
Oğuzda 59 yaşlı kişini ilan SANCDI - Vəziyyəti ağırdır
Hazırda oxunan: Oğuzda 59 yaşlı kişini ilan SANCDI - Vəziyyəti ağırdır
Hazırda oxunan: Oğuzda 59 yaşlı kişini ilan SANCDI - Vəziyyəti ağırdır
163248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.