Bu qidalar sizə sağlam dırnaqlar bəxş edə bilər

Bu qidalar sizə sağlam dırnaqlar bəxş edə bilər

Hazırda oxunan: Bu qidalar sizə sağlam dırnaqlar bəxş edə bilər

16312

Tez qırılan, zəif, rəngsiz və gec uzanan dırnaqlar sağlamlıq problemlərinə işarə ola bilər.

Bədəninizin lazımlı vitamin və mineralları alması dırnaqlarınızın uzanma sürətini artırıb, sağlam bir görünüşə qovuşdurur. Daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

Bizim.Media bildirir ki, daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

Mərci və lobya

Mərci və paxlalı bitkilər dəmir və zülal baxımından zəngindir. Dırnaqların təməl ehtiyaclarından biri olan zülal vegetarian olan və ya ətlə çox arası olmayan oxucularımızın tez-tez yeməli olduğu qidalardandır. Yalnız mərci və paxlada deyil, soya kimi qidalarda da bitki mənşəli zülal və dəmir bol miqdarda var.

Pendir, süd və qatıq

Süd və süd məhsulları biotin baxımından zəngindir. Pendir, qatıq və süd ilə biotin ehtiyacınızı qarşılaya bilərsiniz. Biotin saç və dırnaq üçün çox lazımlı bir vitamindir.

Dırnaqlarınızın güclənməsi və sağlam uzanması üçün gündəlik biotin qəbulunun kafi səviyyədə olması vacibdir.

Toyuq yumurtası

Toyuq yumurtası da biotin baxımından olduqca zəngindir. Əgər yumurtanı sevirsinizsə, naharlarda yeməyiniz sizə yumurtanın saysız faydasının yanında daha sağlam dırnaqlar da bəxş edə bilər. Kalsium, biotin və zülal ilə dırnaqlarınıza sanki bir sağlamlıq bombası atmış olacaqsınız.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO