Noyabrın 6-da Türkiyə ilə Bosniya və Herseqovina arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ankarada baş tutacaq iclas Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Mehmet Kemal Bozay ilə Bosniya və Herseqovina xarici işlər nazirinin müavini Yosip Brkiçin başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutacaq.
Məsləhətləşmələr zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin bütün aspektləri və regional proseslər, o cümlədən Avropa və Avro-Atlantik qurumlarla inteqrasiya prosesləri müzakirə olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:39 / 06.11.2023
Türkiyə sabah Bosniya və Herseqovina ilə siyasi məsləhətləşmələr aparacaq
Hazırda oxunan: Türkiyə sabah Bosniya və Herseqovina ilə siyasi məsləhətləşmələr aparacaq
Hazırda oxunan: Türkiyə sabah Bosniya və Herseqovina ilə siyasi məsləhətləşmələr aparacaq
163033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.