Xaçmaz rayonunun Bostançı kəndində 19-20 senryabr hadisələrində şəhid olmuş komando çavuşu Əlibəy Əlibəyovun 40 mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, ailə üzvləri, doğmaları, şəhid ailələri, keçmiş döyüşçülər, yerli qurumların nümayəndələri şəhid Əlibəyin məzarı məzarını ziyarət edib, ruhunu ehtiramla yad ediblər.
Çıxışlarda 40 yaşlı şəhid Əlibəy Əlibəyovun son hadisələrdə göstərdiyi igidliklərdən ətraflı danışılıb.
Bildirilib ki, Vətən Müharibəsində də düşmənə qarşı inadla vuruşan Əlibəy son anti-terror hadisələrində də irəlidə olub və şəhid olsa belə düşmənin təxribatının qarşısını canı bahasına alıb.
Qeyd edək ki, Əlibəy Əlibəyov evli idi, ondan bizə 3 övladı yadigar qalıb.
Ruhu şad olsun.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:18 / 05.11.2023
Xaçmazda 40 yaşlı şəhidin 40 mərasimi keçirildi
Hazırda oxunan: Xaçmazda 40 yaşlı şəhidin 40 mərasimi keçirildi
Hazırda oxunan: Xaçmazda 40 yaşlı şəhidin 40 mərasimi keçirildi
163025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.