Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində “vacib” və “məsul” vəzifəyə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə RBK agentliyi məlumat yayıb.
“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, – deyə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev və Dövlət Dumasının deputatı Adam Delimxanov sosial şəbəkələrdəki hesablarında yazıblar.
Delimxanovun sözlərinə görə, kiçik Kadırov özünü “cəsur, vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır olan şəxs” kimi göstərib və bir neçə dəfə də hərbi əməliyyatlar zonasında olub. “Əziz qardaş oğlu”nun bu vəzifəyə təyin olunması təbiidir”, - deyə Duma deputatı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:19 / 05.11.2023
Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi
Hazırda oxunan: Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi
Hazırda oxunan: Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi
162986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.