Qəbələdə “Zəfər Tarixi” adlı rəsm müsabiqəsi keçirildi - FOTO

Qəbələdə “Zəfər Tarixi” adlı rəsm müsabiqəsi keçirildi - FOTO

Hazırda oxunan: Qəbələdə “Zəfər Tarixi” adlı rəsm müsabiqəsi keçirildi - FOTO

162981

Qəbələdə məktəblilərarasında rəsm müsabiqəsi keçirilib. 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş “Zəfər Tarixi” adlı rəsm müsabiqəsində yüzdən çox məktəbli iştirak edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumtəhsil müəssisələrinin şagirdləri tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfər nümayiş etdirilib. 

Müsabiqənin sonunda xüsusi fərqlənən şagirdlərə Təhsil Sektorunun “Fəxri Fərmanı” təqdim olunub. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO