Beş il ərzində 500 min nəfər məşğulluq mərkəzləri tərəfindən işlə təmin edilib

Beş il ərzində 500 min nəfər məşğulluq mərkəzləri tərəfindən işlə təmin edilib

Hazırda oxunan: Beş il ərzində 500 min nəfər məşğulluq mərkəzləri tərəfindən işlə təmin edilib

162949

“Son beş il ərzində ümumilikdə bir milyon vətəndaşımıza məşğulluq xidməti göstərilib. Bunun ən önəmli seqmenti işə düzəltmədi. 500 min vətəndaşımız, işsiz şəxsimiz məşğulluq mərkəzləri tərəfindən işlə təmin edilib. 131 mindən çox şəxs bunun tərkibində ictimai işlərə cəlb edilib”. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib. 

“Son beş ildə elektron portallarda, məşğulluq mərkəzlərində işəgötürənlərimiz tərəfindən 700 yüz mindən çox vakansiya yerləşdirilib.
Bunun böyük hissəsi, 70 faizi son iki ilin payına düşür. Yəni işəgötürənlərimiz də bu istiqamətdə çox aktivləşiblər”, - deyə nazir əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO