“Azərbaycan-Ermənistan-Gürcüstan platformasının yaradılması təklif olunur” – Fərid Şəfiyev 

“Azərbaycan-Ermənistan-Gürcüstan platformasının yaradılması təklif olunur” – Fərid Şəfiyev 

Hazırda oxunan: “Azərbaycan-Ermənistan-Gürcüstan platformasının yaradılması təklif olunur” – Fərid Şəfiyev 

162889

"Bölgədə üçtərəfli platformanın yaradılması ilə bağlı bir sıra təkliflər var. Prezident İlham Əliyev üçtərəfli platformanın yaradılması ilə bağlı təklif irəli sürüb və o, Gürcüstanın Baş naziri tərəfindən dəstəklənib. Ermənistandan bu təklifə cavab yoxdur. Amma bu məsələlər ekspertlər səviyyəsində müzakirə olunur". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. 

“Belə bir imkan yarandı ki, biz bu gün Azərbaycandan olan müxtəlif mütəxəssislər, ekspertlər ilə müzakirələr aparaq. Gürcüstan, sadəcə olaraq, bir məkandır, orada Ermənistandan və Azərbaycandan olan nümayəndələr görüşürlər, müzakirələr aparırlar. Dəyirmi masada, həmçinin yeni yaranmış geosiyasi vəziyyət barədə danışıqlar aparıldı”, - deyə F.Şəfiyev bildirib. 
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO