Ərzaq qiymətləri UCUZLAŞIB 

Ərzaq qiymətləri UCUZLAŞIB 

Hazırda oxunan: Ərzaq qiymətləri UCUZLAŞIB 

162884

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü bildirib ki, qlobal ərzaq qiymətləri aşağı sürətlə olsa da, oktyabr ayında ucuzlaşıb. Ucuzlaşma prosesi üçüncü aydır ki, davam edir. 

Bizim.Media təşkilatın hesabatına istinadla xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 120,3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,5 faiz azalıb.

Ötən ay ucuzlaşma şəkər, taxıl, bitki yağları və ətin aşağı qiymət indeksləri ilə izah edilir, süd məhsulları indeksində isə yenidən bahalaşma müşahidə olunur. 

FAO-nun ərzaq qiymətləri indeksi beş əsas ərzaq əmtəə qrupunun beynəlxalq bazar qiymətlərini izləyən ticarət çəkisi indeksidir. 

Taxıl qiymətləri indeksi düyü və buğda qiymətlərinin aşağı düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 1 faiz azalıb. Bitki yağının qiymət indeksi isə ardıcıl üçüncü aydır ki, aylıq 0,7 faiz aşağı düşüb. 

Hesabatda deyilir: "Qiymət indeksindəki marjinal azalma soya, günəbaxan yağlarının yüksək qiymətlərini kompensasiya etməkdən daha çox, palma yağının dünya qiymətlərinin aşağı düşməsini əks etdirdi". 

Oktyabrda ətin qiymət indeksi 0.6 faiz azalıb ki, bunun da əsas səbəbi donuz ətinin beynəlxalq qiymətlərinin düşməsi ilə müşayiət olunan ləng idxal tələbi ilə ardıcıl dördüncü aylıq göstəricidir.

Şəkər qiymətləri indeksi, əsasən, Braziliyada güclü istehsal tempi ilə bağlı əvvəlki aya nisbətən 2,2 faiz geriləyib. Digər tərəfdən, süd məhsulları indeksi sentyabr ayından etibarən 2,2 faiz artaraq, doqquz aylıq azalma ilə müqayisədə dəyişib. Oktyabr ayında idxal tələbindəki artım dünya süd tozu qiymətlərinin artmasına təkan verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO