Alla Puqaçovanın Rusiyaya qayıtmasının əsl səbəbi ÜZƏ ÇIXDI 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının əsl səbəbi ÜZƏ ÇIXDI 

Hazırda oxunan: Alla Puqaçovanın Rusiyaya qayıtmasının əsl səbəbi ÜZƏ ÇIXDI 

162880

Rusiyanın Xalq artisti Alla Puqaçovanın Rusiyaya niyə qayıtdığı məlum olub.   

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Puqaçova əlavə vəsiyyətnamə tərtib etmək və övladlarının bütün qalan sənədlərini götürmək üçün məcburiyyət qarşısına ölkəsinə gəlib.   

Belə ki, Puqaçova çoxdan öz mülkünü övladları Liza və Harriyə vəsiyyət edib, lakin qəsrin sahibi rəsmi olaraq həyat yoldaşı, yumorist Maksim Qalkindir.  

O, uşaqların daşınmaz əmlakdan miras alması ilə bağlı məsələləri notariusla həll etməyi planlaşdırır. Bu isə Limassolda (Kipr) yeni mənzillərinə köçmə prosesini başa çatdırmaq üçün lazımdır.  

Həmçinin müğənniyə yaxın mənbənin yaydığı məlumata görə, Puqaçova əri Qalkinin xarici agent statusunu aradan qaldırmağa kömək etmək istəyir.  

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb.  

İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO