AMEA-nın fəaliyyət istiqamətləri müəyyənləşdirilib

AMEA-nın fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Hazırda oxunan: AMEA-nın fəaliyyət istiqamətləri müəyyənləşdirilib

162812

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində əks olunub. Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır: 

- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; 

- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək; 

- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək; 

- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək; 

- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək. 

- Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO