Cəmil Həsənli kiminsə oyununa gəlib – İntim videonu yayan kukla... 

Cəmil Həsənli kiminsə oyununa gəlib – İntim videonu yayan kukla... 

Hazırda oxunan: Cəmil Həsənli kiminsə oyununa gəlib – İntim videonu yayan kukla... 

16276

Son günlər ölkə gündəmini “Cəmil Həsənlinin qızının intim videosu yayıldı” başlıqlı xəbərlər bürüyüb. Görüntülərlə bağlı Cəmil Həsənlinin özü də, qızı da açıqlama verib. Lakin məsələyə tam aydınlıq gətirilməyib. 

Belə ki, Cəmil Həsənli qızının videosu ilə bağlı bu sözləri deyib: 

“Qızım yetkin insandır və necə yaşamaq istəməsi onun şəxsi işidir”.

Son günlər ən çox izlənilən professor qızı isə bildirib ki, “videodakı mən deyiləm və belə bir şey xatırlamıram”. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası


Atası ilə qızının açıqlamalarında böyük bir təzad var. İntim videoya professorla qızının münasibətlərindən görünən odur ki, Cəmil Həsənli videodakı qadının qızı olduğunu istisna etmir və övladını yetkin adlandıraraq ona bəraət qazandırır. Tarixçinin qızı isə intim görüntülərdə onun (özünün) olmadığını və belə bir səhnəni xatırlamadığını dilə gətirib. 

Belə xəbərlərin yayılmasında kim maraqlıdır? 

Milli Şuranı “Əməlli Sirk”ə çevirənlərə görə Cəmil Həsənli kimi insanlardan müxtəlif məqsədlər naminə istifadə edilir. Professoru kukla kimi ortalığa atıb gündəm dəyişənin bir zamanlar “Lider Tv”nin “Kuklalar” serialında “ən zərif kişi” obrazı olan cəbhəçi olduğu da ehtimal olunur. 

Dəqiq sezilən isə odur ki, Cəmil Həsənli yenə kimlərinsə oyununa gəlib. Sədri olduğu Milli Şurada onun (qürur, şərəf) vasitəsilə hakimiyyətin fəaliyyətinə kölgə salmaq istəyənlər var.

Pənah Hüseynin də Prezident Administrasiyasına məsələ ilə bağlı müraciətinə cavabda qeyd olunduğu kimi, “bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən  müxalifət iqtidar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq  kursuna qarşı genişmiqyaslı təxribatdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO