“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

Hazırda oxunan: “Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

162718

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bilet satışları davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Biletləri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kasalarından əldə etmək mümkündür.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO