Rusiya qoşunları Xarkova 10-a yaxın dron zərbəsi endirdi - FOTO

Rusiya qoşunları Xarkova 10-a yaxın dron zərbəsi endirdi - FOTO

Hazırda oxunan: Rusiya qoşunları Xarkova 10-a yaxın dron zərbəsi endirdi - FOTO

162712

Noyabrın 3-nə keçən gecə Rusiya qoşunları Xarkova 10-a yaxın “Shahed” tipli dron zərbəsi endirib. Fərdi evlərin, tədris müəssisəsinin və avtomobillərin zədələnməsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarkov vilayəti prokurorluğunun nümayəndəsi Dmitri Çubenko bildirib.

O qeyd edib ki, zərbələr şəhərin Osnovenski və Şevçenkovski rayonlarına endirilib.

“Zərbələrdən birinin nəticəsində texniki xidmət stansiyasında yanğın baş verib: qarajlar və avtomobillər alışıb yanıb. Yaxınlıqda yerləşən ikimərtəbəli bina qismən dağıdılıb. Bunun yaşayış binası olmadığına baxmayaraq, içərisində Rusiya tərəfindən işğal edilmiş ərazilərdən gələn insanların müvəqqəti qalması üçün yataq yerləri nəzərdə tutulub. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər”, - deyə Çubenko qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO