"Makron Astana və Daşkəndə gedir, amma İrəvana gəlmir" - Erməni politoloq

Hazırda oxunan: "Makron Astana və Daşkəndə gedir, amma İrəvana gəlmir" - Erməni politoloq

162680

"Fransanın hörmətli prezidenti 2021-ci ildən bəri gəzir, səyahət edir, lakin Ermənistana heç ayağını belə basmır".

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan Facebook səhifəsində yazıb.

“Son iki gündə Makron Qazaxıstan və Özbəkistanda olub. Çünki burada Fransa üçün həyati əhəmiyyətli bir məsələ var: URAN. Bu uranın demək olar ki, yarısı Afrikadan gəlirdi. Lakin Fransa bu mənbəni Nigerdəki hərbi çevrilişlə itirdi.

İndi Paris yeni qaynaqlar tapmağa çalışır və təbii ki, gözləri Mərkəzi Asiyaya dikilib. Orta Asiyada Parisin başına nə gələcək, böyük sualdır, çünki orada maraqlar krateri, məsələn, Qafqazdakından daha böyük və qaynardır.

Bu mənada, Fransa üçün Qafqaz bəlkə də oyunu Mərkəzi Asiyaya yönəltmək üçün bir yol kimi görünür, çünki prioritet Mərkəzi Asiyanın özüdür. Amma burada Çin, Rusiya və Türkiyənin olduğunu xatırlasaq, fransızların təkbaşına burada uğur qazana bilməsi ehtimalı azdır.
Unutmayaq ki, Qazaxıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür”, - deyə Badalyan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO