Maksim Qalkin Kiprdəki 10 milyonluq mənzilini nümayiş etdirdi – FOTO/VİDEO 

Maksim Qalkin Kiprdəki 10 milyonluq mənzilini nümayiş etdirdi – FOTO/VİDEO 

Hazırda oxunan: Maksim Qalkin Kiprdəki 10 milyonluq mənzilini nümayiş etdirdi – FOTO/VİDEO 

162528

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova əkiz övladları Harri və Liza ilə birgə İsraildən qaçaraq, Kiprə köçüblər.

Bizim.Media xəbər verir ki, sənətkarın yumorist həyat yoldaşı Maksim Qalkin sosial şəbəkələrdə qarşıdan gələn konsertlərin anonsunu verərkən ailəsi ilə yaşadıqları “One” kompleksindəki mənzilinin interyerini göstərib. 

Videonun əvvəlində Qalkin mənzilinin qonaq otağının qarşısında özünü lentə alır:

yüngül divarlar, boz mebellər, ağ vazalar, rəflərdəki bir neçə kitab. Sonra şoumen terrasa gedir və ağ divan görsənir hansı ki, Alla Puqaçova oğlu Harrinin orada şəkillərini çəkib. Qalkinin arxasındakı eyvandan görüntü heç bir şübhə yeri qoymur ki, video Limassolun mərkəzində, dənizdə “daş dalğalar zənciri”nin olduğu yerdə çəkilib.

2021-ci ildə Limassol sakinləri NTV televiziyasına müsahibələrində deyiblər ki, müğənni və komediyaçı bu evdə təxminən 10 milyon avro (təxminən 17,9 milyon manat) dəyərində “penthaus” alıb. Lakin görüntülərdə Qalkinin mənzilinin interyerləri dəbdəbəli “penthaus” kimi görünməməsi diqqətdən qaçmayıb. 
Xatırladaq ki, cütlüyün yeni yaşayış yeri kimi Kipri seçməsi heç də təsadüfü deyil. Belə ki, hələ 2017-ci ildə onlar burada əmlak alıb və investisiya müqabilində bu ölkənin vətəndaşlığını alıblar. Kipr pasportu 167-dən çox ölkəyə sərbəst səyahət etmək və bir neçə Aİ ölkəsində qalmaq imkanı verir. 

Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və iki övladı ilə bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb.









Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO