Azərbaycan Basketbol Liqası:

Azərbaycan Basketbol Liqası: "Xəzri" ikinci qələbəsini qazanıb - FOTO 

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: "Xəzri" ikinci qələbəsini qazanıb - FOTO 

162498

Azərbaycan Basketbol Liqasında bu gün 2-ci tura start verilib.  

Bizim.Media xəbər verir ki, açılış matçında debütant "Xəzri" "Gəncə" komandasını qəbul edib.  

Oyuna fəal başlayan paytaxt təmsilçisi ilk periodu 25-18 hesabı ilə öz xeyrinə başa vurub. İkinci periodda da ustünlük "Xəzri"nin tərəfində olub.  
Ardıcıl və dəqiq 3 xallıq atışlarla rəqibin müdafiə xəttini yaran "Xəzri" basketbolçuları boyük fasiləyə də öndə yollanıblar 52-39. 3-cü hissəni də debütant yüksək səviyyədə keçirib. 

Nəticədə bu periodların da hesabları "Xəzri"nin xeyrinə olub. Qarşılaşmanı 93:76 hesabı ilə xeyrinə başa vuran "Xəzri" liqanın 2-ci turunu da qələbə ilə başa vurub.

Qeyd edək ki, komanda birinci turda çempionatın güclü kollektivlərindən olan "Neftçi"ni məğlub etmişdi.  








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO