“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI

“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI

Hazırda oxunan: “Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI

162460

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank” da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.

Bizim.Media xəbər verir ki, kompensasiyaların ödənilməsi noyabrın 27-dən başlayaraq həyata keçiriləcək.

"Əmanətlərin sığoratalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 
Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO