Deputat Lalə Azərtaşın verilişindəki davadan DANIŞDI: “Cahilliklə bağlıdır...”

Deputat Lalə Azərtaşın verilişindəki davadan DANIŞDI: “Cahilliklə bağlıdır...”

Hazırda oxunan: Deputat Lalə Azərtaşın verilişindəki davadan DANIŞDI: “Cahilliklə bağlıdır...”

162291

Xəbər verdiyimiz kimi, “Təsir dairəsi” ictimai-sosial verilişinin efirində qalmaqal yaşanıb. Sözügedən proqrama problemi ilə bağlı müraciət edən Ramal adlı şəxslə verilişdə ekspert qismində iştirak edən şair və jurnalist Anar Vəziroğlu arasında mübahisə düşüb. İş o yerə çatıb ki, A.Vəziroğlu Ramal adlı şəxsə hücum çəkərək, onu nalayiq ifadələrlə təhqir edib. Tərəfləri ayırmaq üçün verilişin mühafizəsi studiyaya daxil olub.

Televiziya məkanımızdakı verilişlərdə son zamanlar bu cür hadisələrin çoxaldığına şahid oluruq. 

Bəs görəsən, buna səbəb nədir?

Deputat Fazil Mustafa mövzu ilə Bizim.Media-ya danışıb. O qeyd edib ki, ekspertlə qonağın davası insanların mədəni davranışı ilə bağlı məsələdir: 

“Televiziyalarda çıxış edən insanların əksəriyyəti cəmiyyətimizin güzgüsüdür. Onlar alt qatda insanların bir-birlərinə qarşı olan aqressiyasını, məlumatsızlığını və nifrətini təzahür edirlər. Bu isə birbaşa cahilliklə bağlıdır. Gördüyümüz hadisə isə bunun işartısı, nümunəsidir. Onları televiziyaya çıxarmasaq belə, cəmiyyət hansısa formada görməlidir. Ona görə də bu, cəmiyyətimizlə bağlı narahat olunası problemdir. 

Televiziyanın bu gün əsas hədəfi müəyyən dərəcədə insanların vaxtını aparmaqdan ibarətdir. Çünki milyonlarla insan var ki, vaxtı hara xərcləyəcəklərini bilmirlər. Vaxtı xərcləməyi onlara hansısa qurum və ya vasitə kömək etməlidir.
Öz həyatını yaşamayan insanlar televiziyada başqalarının həyatı üzərindən öz həyatlarından zövq alırlar.  Cahillik “kafsenti”nə olan tələbatı televiziyalarda da görürük. Çünki normal insanlar televiziyadan asılıb qalmırlar, vaxtı xərcləməyə çox məsuliyyətli yanaşırlar. Vaxt öldürülməməlidir, səmərəli istifadə edilməlidir”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO