Sədərəkdə yanan maşın BELƏ SÖNDÜRÜLDÜ – ANBAAN VİDEO 

Sədərəkdə yanan maşın BELƏ SÖNDÜRÜLDÜ – ANBAAN VİDEO 

Hazırda oxunan: Sədərəkdə yanan maşın BELƏ SÖNDÜRÜLDÜ – ANBAAN VİDEO 

162276

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Sədərək kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib. 
Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO