Çində “narıncı” xəbərdarlıq ELAN EDİLDİ 

Çində “narıncı” xəbərdarlıq ELAN EDİLDİ 

Hazırda oxunan: Çində “narıncı” xəbərdarlıq ELAN EDİLDİ 

162193

Çinin paytaxtı Pekində hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq bu gündən etibarən qüvvəyə minib.  

Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib. 

Qeyd edilib ki, Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı, şəhər sakinlərinə ümumilikdə açıq havada az olmağı tövsiyə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO