Ağstafada gənc oğlan parkda çay içərkən ölüb - DETALLAR

Ağstafada gənc oğlan parkda çay içərkən ölüb - DETALLAR

Hazırda oxunan: Ağstafada gənc oğlan parkda çay içərkən ölüb - DETALLAR

162002

Xəbər verdiyimiz kimi, Ağstafada 23 yaşlı gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. Bəlli olub ki, Ağstafa şəhər sakini Seymur Məmmədov yoldaşları ilə Səməd Vurğun Parkında çay içən zaman anidən ağaclardan birinin qurumuş budağı gəncin üzərinə düşüb.

Bizim.Media xəbər verir ki, hadisə zamanı baş nahiyəsindən ağır xəsarətlər alan Seymur Məmmədov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı məlum olub ki, o, aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO