Atatürk silahdaşları və şanlı Türk ordusu ilə bir milləti əsarətdən qurtardı

Atatürk silahdaşları və şanlı Türk ordusu ilə bir milləti əsarətdən qurtardı

Hazırda oxunan: Atatürk silahdaşları və şanlı Türk ordusu ilə bir milləti əsarətdən qurtardı

161978

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məktubda deyilir:

"Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə ən səmimi diləklərimlə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.

Mustafa Kamal Atatürk, silahdaşları və şanlı Türk ordusu ilə birlikdə bir milləti əsarətdən qurtararaq, ardından da yepyeni bir ulus quraraq, 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasını elan etdi. 1923-cü ildən bəri müstəqillik yolunda Türkiyə Respublikası bütün çətinliklərə mərdliklə sinə gərdi. Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türkiyə vətəndaşlarının göstərdiyi şücaətlər Türk tarixində qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır.

Bir daha Sizi Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO