Vətən müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:04 / 27.10.2023
Bərdənin Qarayusifli kəndində törədilən erməni terrorundan üç il ötür
Hazırda oxunan: Bərdənin Qarayusifli kəndində törədilən erməni terrorundan üç il ötür
Hazırda oxunan: Bərdənin Qarayusifli kəndində törədilən erməni terrorundan üç il ötür
161700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.