Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uca boylu olmaq bu gün bəziləri üçün yaşamağa mane olan problem, bir çoxları üçün isə arzu, istəkdir. Son illərdə Azərbaycanda insanlar arasında cırlaşma gedir.
Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boy göstəricisi 167,5 sm-dir. Məlumat üçün qeyd edək ki, dünya üzrə orta boy göstəricisi, 168,5 sm-ə bərabərdir.
Bəs, cırlaşmaya səbəb nədir?
Bunun səbəbi və həlli yollarından Bizim.Media-ya danışan həkim Adil Qeybulla bildirib ki, insanların boy artımının fiziki inkişaf parametrlərini üstələməsi akselerasiya , geri qalması retardasiya adlanır:
“Yəni cırlaşmaya retardasiya deyilir. Cırlaşmanın səbəbi çoxdur. Onlardan biri, vaxtilə qohumluq əlaqələrinə bağlıdır. Bilirsiniz ki, bizdə qohumluq nikahlarının adət alması nəslin xeyli cırlaşmasına və irsi xəstəliklərin artmasına gətirib çıxarıb. Təbii ki, yeni proqramlar işlənib hazırlanmalı, insanlar maarifləndirilməlidir ki, onlar yaxın qohum nikahlarından qaçsınlar.
Qidalanma faktoruna da ciddi fikir verilməlidir.
Düşünürəm ki, milli genefondun inkişafı ilə bağlı dövlət proqramı qəbul olunacaq. Həm kütləvi idman, həm qida rejiminə diqqət, həm də gen xəstəliklərinin aşkar edilməsi ilə bağlı məsələlər həllini tapacaq və nəslin sağlamlaşdırılması üzrə iş aparılacaq”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 26.10.2023
Azərbaycanda əhali niyə CIRLAŞIR? – Həkim maraqlı faktları AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda əhali niyə CIRLAŞIR? – Həkim maraqlı faktları AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda əhali niyə CIRLAŞIR? – Həkim maraqlı faktları AÇIQLADI
161646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.