Qaribaşvili:

Qaribaşvili: "Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması regionun inkişafına töhfə verəcək"

Hazırda oxunan: Qaribaşvili: "Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması regionun inkişafına töhfə verəcək"

161591

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun inkişafına böyük töhfə verəcək".

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda deyib.

"Bizim enerji potensialımız regionumuza böyük töhfə ola bilər. Gürcüstanın Anakliya şəhərində yeni limanın tikilməsi inkişafımızın bariz nümunəsidir. 1 milyon ton dövriyyəsi olacaq bu liman vasitəsilə Qərblə Şərq arasında bir çox beynəlxalq layihələrin dəstəkçisi ola bilərik", - Baş nazir qeyd edib.

O əlavə edib ki, Gürcüstanda alternativ enerji sahəsində də mühüm işlər görülür: "Azərbaycan elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya göndəriləcək".
Baş nazirin sözlərinə görə, Gürcüstan Avropa ilə Asiyanı birləşdirən çox mühüm körpü rolunu oynayır: "Logistika və tranzit məsələlərində Gürcüstan əvəzolunmaz bir məkandır. Gücüstanın inkişafı regionda sülhün bərqərar olmasına böyük töhfə verir. Lakin bəzi məsələlər regionun logistika imkanlarını təhlükə altına ata bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO