Ceyhun Bayramov İran lideri ilə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesini MÜZAKİRƏ EDİB - FOTO 

Ceyhun Bayramov İran lideri ilə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesini MÜZAKİRƏ EDİB - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov İran lideri ilə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesini MÜZAKİRƏ EDİB - FOTO 

161176

23 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb. 

İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 
Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində  ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb. 






Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO