Ceyhun Bayramov İrana getdi - Erməni həmkarı ilə görüşəcək

Ceyhun Bayramov İrana getdi - Erməni həmkarı ilə görüşəcək

Hazırda oxunan: Ceyhun Bayramov İrana getdi - Erməni həmkarı ilə görüşəcək

161083

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində onun 5 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “3+3” formatına Azərbaycan, Türkiyə, İran, Ermənistan, Rusiya və Gürcüstan daxildir.
Rəsmi Tbilisi Moskvada keçirilən ilk görüşdə olduğu kimi bu dəfə də Tehrana nümayəndə heyəti göndərməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO