İsrail girov götürülən şəxslərin yenilənmiş sayını açıqladı

İsrail girov götürülən şəxslərin yenilənmiş sayını açıqladı

Hazırda oxunan: İsrail girov götürülən şəxslərin yenilənmiş sayını açıqladı

161002

Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.

Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.

İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır.

Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO