AFFA

AFFA "Sabah"ın şikayətini qismən təmin etdi

Hazırda oxunan: AFFA "Sabah"ın şikayətini qismən təmin etdi

160788

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayəti haqda qərarını açıqlayıb. 

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, "Sabah"ın şikayəti qismən təmin edilib. 

AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib. 

“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib. 

Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib və ona 2 matçlıq cəza verilib. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO