Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.
Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:21 / 20.10.2023
Ceyhun Bayramov Lavrovla bölgədəki cari vəziyyəti MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla bölgədəki cari vəziyyəti MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla bölgədəki cari vəziyyəti MÜZAKİRƏ EDİB
160784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.