Lənkəranda çayda balıq tutan gənc faciəvi şəkildə ÖLDÜ – FOTO  

Lənkəranda çayda balıq tutan gənc faciəvi şəkildə ÖLDÜ – FOTO  

Hazırda oxunan: Lənkəranda çayda balıq tutan gənc faciəvi şəkildə ÖLDÜ – FOTO  

160767

Lənkəranda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhər sakini, akademik Zərifə Əliyeva küçəsi ev 80 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Fərid Rahim oğlu Aslanlı ərazidən keçən Girdəniçayda balıq turarkən ehtiyatsızlıqdan əlindəki balıq tutan alət 11 metr hündürlükdə 10 min voltluq elektrik cərəyanı xəttinə ilişib. Cərəyan vuran F.Aslanlı çaya düşüb. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO