Nikolas Bolo: \

Nikolas Bolo: \"Fransa korrupsiyaya, seçki saxtakarlığına əl atır\"

Hazırda oxunan: Nikolas Bolo: \"Fransa korrupsiyaya, seçki saxtakarlığına əl atır\"

160711

"Yeni Kaledoniyada hələ də Fransa müstəmləkəçiliyi davam edir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya nümayəndəsi Devi Nikolas Bolo
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR 


"1853-cü ildən başlayaraq Fransanın zülmü daha da gücləndi. Uzun illər boyu çoxsaylı soydaşlarımız repressiyalara məruz qalıb. Bundan əlavə, Fransa idarəçiliyi altında olan administrasiyamızda çoxsaylı korrupsiya halları baş verir. Eyni zamanda Fransa seçkiləri də saxtalaşdırır. Son seçkilər isə ümumiyyətlə komediya idi. 

Fransa dekolonizasiya ilə bağlı bir çox aktlara imza atsa da, həmin sənədlərə əməl etmir. Kolonizasiya, rasizm, hüquq pozuntuları hələ də davam edir" - deyə o, əlavə edib.

Qeyd edək ki, konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.

Murad Əhmədov, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO