"Qarabağ" Avropa Futbol Akademiyası ilə müqavilə imzaladı - FOTO 

Hazırda oxunan: "Qarabağ" Avropa Futbol Akademiyası ilə müqavilə imzaladı - FOTO 

160643

“Qarabağ” klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. 

Anlaşmanın imzalanma mərasimində "Qarabağ"ın baş direktoru Emrah Çelikel, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev, "Qarabağ" Futbol Akademiyasının inzibati işlər üzrə direktoru Murat Karaman, EFA-nın baş meneceri Kamran Bayramov  iştirak ediblər. 
“Qarabağ”ın baş direktoru Emrah Çelikel əməkdaşlığın perspektivlərindən bəhs edib: “Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futbolununa diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir.

Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir.

İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, bir üstünlükdür”.  

EFA-nın təsisçis-direktoru Vüsal Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb:

“Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə demiş, adından söz etdirmiş komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, çox qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcək, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”. 

Qeyd edək ki, əsas məqsədi ölkədə uşaq futbolunu inkişaf etdirmək və yüksək səviyyəli futbolçular yetişdirmək olan EFA 2017-cl ildə yaradılıb. Akademiyada 9-17 yaşadək futbolçulardan ibarət komandaların tərkibində 300-ə yaxın yeniyetmə futbolun sirlərinə yiyələnir.

Sözügüdən komandalar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə mübarizə aparır. Hazırda EFA-nın yetimələrindən bir neçəsi Avropanın müxtəlif klublarında oynayır.

Akademiyanın yetirmələri aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına da cəlb olunur. Müqaviləyə əsasən “Qarabağ” Futbol Klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO