Rusiyanın NTV kanalı Elçin Əzizovdan veriliş hazırlayıb - VİDEO

Rusiyanın NTV kanalı Elçin Əzizovdan veriliş hazırlayıb - VİDEO

Hazırda oxunan: Rusiyanın NTV kanalı Elçin Əzizovdan veriliş hazırlayıb - VİDEO

160598

Rusiyanın NTV kanalında yayımlanan “Kvartirnik” musiqili-əyləncəli proqram bu dəfəki buraxlışı Azərbaycanlı sənətçiyə həsr ediləcək. 

Bizim.Media xəbər verir ki, belə ki, layihənin qonağı Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov olacaq. 

Qarşıdan gələn veriliş əfsanəvi Azərbaycan ifaçısı Müslüm Maqomayevin yaradıcılığına həsr olunacaq. Oktyabrın 25-də onun vəfatının 15-ci ildönümü qeyd olunacaq. 

“Çəkilişləri hərarətlə, sevinclə və minnətdarlıqla xatırlayıram” deyən E.Əzizov Teleqram kanalında bildirib ki, NTV tamaşaçıları efirdə Müslüm Maqomayevin repertuarından sevimli mahnılarını dinləyəcəklər. 
Veriliş oktyabrın 21-i Bakı vaxtı ilə saat 01:45-də yayımlanacaq. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO