Təl-Əvivdəki tennis turniri başqa şəhərə keçirildi

Təl-Əvivdəki tennis turniri başqa şəhərə keçirildi

Hazırda oxunan: Təl-Əvivdəki tennis turniri başqa şəhərə keçirildi

160511

ATP İsraildə baş tutmalı olan turnirin yerini dəyişdirib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.  

Bizim.Media xəbər verir ki, Tel-Əvivdəki turnirə ev sahibliyini Sofiya şəhəri edəcək.  

Bolqarıstan paytaxtına bunun üçün lisenziya verilib. Bir neçə gün əvvəl ATP təklifi göndərərkən bolqarlar turniri təşkil edə bilməyəcəklərini bildirmişdilər. Lakin danışıqlar və sponsorlarla görüşlərdən sonra müsbət qərar verilib. Lisenziyanın müddəti 1 ildir. Turnirin ümumi mükafat fondu 562 815 avro olacaq.  
Qeyd edək ki, turnirin yerinin dəyişdirilməsinin səbəbi Yaxın Şərqdə başlayan müharibədir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO