Füzulidə ilk dəfə Şəhər Günü qeyd OLUNUR – FOTO/VİDEO 

Füzulidə ilk dəfə Şəhər Günü qeyd OLUNUR – FOTO/VİDEO 

Hazırda oxunan: Füzulidə ilk dəfə Şəhər Günü qeyd OLUNUR – FOTO/VİDEO 

160226

Bu gün Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Gün qeyd edilir. 

Bizim.Media xəbər verir ki, Şəhər Günü bayram tədbirində deputatlar, xarici ölkələrin diplomatları, Füzuli sakinləri, şəhid ailələri, qazilər və veteranlar, itimaiyyət nümayəndələri iştirak edirlər. 

Ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edirlər. 

Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. 

Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. 
 









Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO