“Azərbaycanda pandemiyadan zərər çəkən bizneslərə və maliyyə sektoruna dəstək məqsədilə tətbiq edilən makro və prudensial tənzimləmə göstəricilərin müddətinin 1 yanvar 2021-ci il tarixinədək uzadılması monetar şəraitin yumşaldılmasının transmissiyasına və real sektorun kütləşməsi şərtlərinin yaxşılaşmasına əlavə dəstək verməkdədir".
Bizim.Media-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən iclasdan bəri valyuta bazarında sabitlik və tarazlıq davam edib, milli valyutanın məzənnəsi sabit qalıb:
“Pandemiya ilə bağlı yaranmış qeyri-müəyyənliklər milli iqtisadiyyatın öz potensialının tam reallaşdırılmasına mane olur. Daxili və xarici tələbin zəif olaraq qalması, habelə pandemiyanın təsiri ilə məhdudlaşdırma şəraitində cari ilin 9 ayında ÜDM real olaraq 3,9%, o cümlədən qeyri-neft sektoru üzrə 2,4% azalıb”.
Bizim.Media