İlham Əliyev təkcə Azərbaycanın deyil, həm də dünya siyasətinin tarixini yazır - Ukraynalı deputat

İlham Əliyev təkcə Azərbaycanın deyil, həm də dünya siyasətinin tarixini yazır - Ukraynalı deputat

Hazırda oxunan: İlham Əliyev təkcə Azərbaycanın deyil, həm də dünya siyasətinin tarixini yazır - Ukraynalı deputat

160034

İlham Əliyevin 20 il əvvəl ilk müddətə Azərbaycan Prezidenti seçilməsi təkcə Azərbaycan xalqı üçün deyil, həm də dünya birliyi üçün əlamətdar hadisədir, çünki İlham Heydər oğlunun uğurlu siyasəti geosiyasi proseslərə və dünya gündəminə böyük təsir göstərir.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak deyib.

Onun sözlərinə görə, İlham Əliyev bir çoxları üçün faktiki olaraq qeyri-mümkün görünən bir şeyi reallaşdıra bildi, mürəkkəb geosiyasi çağırışlar kontekstində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi:

"Bu da dünya gündəminə təsir etdi. Belə ki, beynəlxalq qurumların fəaliyyətsizliyinə baxmayaraq ərazi bütövlüyünün bərpa olunması, qeyri-qanuni silahlı və terrorçu qruplara qarşı tədbirlərin həyata keçirilməsi sanki bir siqnal oldu. Hesab edirəm ki, dünya düzəninin yeni arxitekturası, eləcə də beynəlxalq hüququn tətbiqi ilə bağlı yeni institutlar və mexanizmlər formalaşanda İlham Əliyev bu prosesin fəal iştirakçıları sırasında olacaq. Çünki Azərbaycan xalqı da Ukrayna xalqı kimi dünyamızın gələcəyi üçün mübarizə aparır. 

Qeyd etmək istərdim ki, İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirir, xalqının rifahını yüksəldir, dövlətin inkişafını təmin edir. Azərbaycanın dünya miqyasında təsiri artır və bu, beynəlxalq ictimaiyyətə ancaq fayda gətirir. Axı İlham Əliyev dövlətlərin suverenliyinə, beynəlxalq hüquqa və humanizmə hörmət məsələsinin aktuallaşdırılması üçün həmişə böyük səylər göstərib”, - deyə o, qeyd edib.

Ukrayna Ali Radasının deputatı vurğulayıb ki, Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında təbii ki, İlham Əliyevin mühüm rolu olub:

“2022-ci ilin əvvəlindəki səfər (Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri - red.) çox əlamətdar və məhsuldar olub, səfər zamanı yüksək səviyyəli danışıqlar aparılıb, o cümlədən dövlətlərimizin nazirlikləri arasında sazişlər imzalanıb.

Düşünürəm ki, 2022-ci ilin əvvəlində qismən Prezidentinizin məhsuldar səfəri sayəsində mürəkkəb geosiyasi çağırışlara və Rusiya-Ukrayna müharibəsinə baxmayaraq, ölkələrimiz arasında münasibətlər hələ də inkişaf edir. İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, həm də dünya siyasətinin tarixini yazan, dünya səhnəsində ən uğurlu və nüfuzlu dövlət başçılarından biridir"
“Mən şadam ki, bütün bu 20 il təkcə Azərbaycanın inkişafı və Heydər Əliyev ənənələrinin davam etdirilməsi dövrü deyil, həm də xalqlarımıza fayda gətirən fəal Ukrayna-Azərbaycan dialoqunun və əməkdaşlığının 20 illik davamıdır. Bu isə milli maraqların beynəlxalq aləmdə reallaşmasına gətirib çıxarır”, - Sergey Naqornyak bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO