Aktrisa Xuraman Əlizadə açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda xəyanətdən söz açıb.
Aktrisa bildirib ki, həyat yoldaşının xəyanətini bağışlayar:
“Həyat yoldaşım küsülü halımızda “Xuraman” deyib çağırsa, barışaram. Xəyanət belə etsə bağışlayaram. Övladıma, özümə, həyatda tək qalmamaq, övladımın yanında atası olsun deyə, bağışlayaram. Mən də dəfələrlə bu addımı atmışam. Həyatımda dəfələrlə olub”.
Qeyd edək ki, X.Əlizadə ailəlidir. Onun bir oğul övladı var. Bu aktrisanın ikinci evliliyidir.
Rəşad Əliyev, Bizim.Media