Şəmkirdə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisənin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımova istinadən məlumat verir.
Qeyd edilir ki, rayonun Yeniabad kənd ərazisində "Ford" markalı yük maşını ilə "Lada Priora" markalı minik avtomobili toqquşması zamanı “Lada” yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəza zamanı "Lada"nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov ölüb, sərnişin 2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov isə xəsarət alıb.
Qəza zamanı "Ford"un sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu da müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:04 / 15.10.2023
Şəmkirdə ölümlə nəticələnən qəzanın TƏFƏRRÜATI
Hazırda oxunan: Şəmkirdə ölümlə nəticələnən qəzanın TƏFƏRRÜATI
Hazırda oxunan: Şəmkirdə ölümlə nəticələnən qəzanın TƏFƏRRÜATI
159892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.