DİQQƏT: Avtomobildən küçəyə zibil atan sürücülər 40 manat cərimə olunacaq

DİQQƏT: Avtomobildən küçəyə zibil atan sürücülər 40 manat cərimə olunacaq

Hazırda oxunan: DİQQƏT: Avtomobildən küçəyə zibil atan sürücülər 40 manat cərimə olunacaq

15983

Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.

Bizim.Media xəbər verir ki, bu sözləri ''Xəzər Xəbər” ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.

Onun sözlərinə görə, bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar:

“Belə hallar paytaxtın ümumi görüntüsünə təsir edir və ekologiyanın çirklənməsinə səbəb olur. Xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

İlk növbədə insanların nəinki yalnış hərəkətlərinin, eləcə də mədəniyyətlərinin göstəricisi olan qayda pozuntularıdır. Belə xoşagəlmz vərdişləri insanlar öz həyat tərzlərimizdən silsinlər. Artıq belə hallara yol verməsinlər. Bu, günü-gündən sıxlaşan paytaxtımızın ümumi görünüşünü pozur”

Araz Əsgərli əlavə edib ki, artıq belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz kameraları ilə nəzarətdə saxlanılacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO